XƏBƏR LENTİ

27 May 2020
26 May 2020

Digər Xəbərlər

28 Aprel 2015 - 08:45

Zahid Oruc: “…Tofiq Yaqublu əfv olunacaq”

Zahid Oruc: “...Tofiq Yaqublu əfv olunacaq”

Milli Məclisin deputatı Zahid Oruc parlamentin bu gün keçirilən iclasında çıxışı zamanı Musavat Partiyası başqanının həbsdə olan müavini Tofiq Yaqublunun əfv olunması barədə səslənən təkliflərə münasibət bildirib.

Zahid Oruc deyib ki, indiyədək Azərbaycan hakimiyyəti hər zaman hümanist siyasət yürüdüb və bu siyasətdən minlərlə insan yararlanıb, öz doğma evlərinə qayıdıb: “Bu gün burada Musavat Partiyası başqanının müavini Tofiq Yaqublunun əfvi ilə bağlı məsələ qaldırıldı. Azərbaycan dövləti hər zaman humanist olub, insanların faciəsini, ağrısını yüngülləşdirməyə çalışıb. Mən əminəm və inanıram ki, Tofiq Yaqublu əfv olunacaq və bir daha həbsxanaya dönməyəcək”.