XƏBƏR LENTİ

24 Oktyabr 2020
23 Oktyabr 2020

Digər Xəbərlər

13 Dekabr 2018 - 16:32

Avropa İttifaqının rəsmisi:"May ayınadək Azərbaycanla yeni sazişin mətnini razılaşdırmağı düşünürük"

Avropa İttifaqı (Aİ) Azərbaycanla yeni sazişin mətnini gələn ilin Şərq Tərəfdaşlığı proqramının 10 illiyi qeyd ediləcəyi may ayınadək razılaşdırmağı düşünür.

Bu barədə Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Kestutis Yanskauskas məlumat verib.

Diplomat danışıqların növbəti mərhələsinin bu ayın əvvəlində Bakıda keçirildiyini xatırladıb.

“Çox mühüm irəliləyişə nail olunub, xüsusilə də ticarət sahəsində”, – deyən Aİ rəsmisinin sözlərinə görə, növbəti danışıqların gələn ilin yanvarında keçirilməsi üçün Brüsseldə məqsədyönlü işlər görülür.

“Belə demək olar ki, sənədin mətnini Şərq Tərəfdaşlığının 10 illiyi tədbirlərinədək razılaşdırmağa ümidvarıq ki, bəlkə gələn ilin ortalarında təsdiqlədə bilərik”, – deyə K.Yankauskas qeyd edib/Report.