XƏBƏR LENTİ

28 Noyabr 2020
27 Noyabr 2020

Digər Xəbərlər

13 Dekabr 2018 - 18:24

Elmar Məmmədyarov Parlamentlərarası İttifaqın prezidenti ilə görüşdü –XİN-də müzakirə

Xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycanda səfərdə olan Parlamentlərarası İttifaqın prezidenti Qabriela Kuevas Barron ilə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidmətindən Strateq.az-a verilən məlumata görə, görüş zamanı 2018-ci ilin dekabrın 14-15-də Azərbaycanda keçiriləcək Gənc Parlamentarilərin V qlobal konfransının təşkili ilə bağlı fikir mübadiləsi aparılıb.

Sözügedən tədbirlə bağlı təşkilatçılıq işlərinin cari vəziyyətindən məmnunluğunu bildirən Q.K.Barron qlobal konfransın yüksək səviyyədə təşkil olunacağına əminliyini bildirib.

Tərəflər bu konfransın Azərbaycan ilə Parlamentlərarası İttifaq arasında əməkdaşlığın daha da inkişafına təkan verəcəyinə ümidvar olduqlarını vurğulayıblar.

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.