XƏBƏR LENTİ

20 Oktyabr 2020
19 Oktyabr 2020

Digər Xəbərlər

13 Dekabr 2018 - 19:45

Tereza Mey namizədliyini irəli sürməyəcəyini açıqladı:"Partiyanın seçkilərə yeni liderlə getməsi daha doğru olardı"

Böyük Britaniyanın Baş naziri Tereza Mey 2022-ci il seçkilərində artıq Mühafizəkarlar Partiyasına rəhbərlik etmək niyyətində olmadığını bildirib.

Bu barədə “Report” TASS-a istinadən xəbər verir.

“Gələn seçkilərə də Mühafizəkarlar Partiyasının başında getmək istəsəm də, amma fikrimcə, bu dəfə partiyanın seçkilərə yeni liderlə getməsi daha doğru olardı”, – deyən T.Mey hazırkı prioritet məsələnin ölkəsinin Avropa İttifaqı üzvlüyündən çıxmasını təmin etmək olduğunu vurğulayıb.

T.Meyin sözləri ən azı 2022-ci il seçki kampaniyasının başlamasınadək partiya liderliyindən və deməli, Baş nazir vəzifəsindən gedəcəyi mənasını verir.

Xatırladaq ki, bu günlərdə Birləşmiş Krallığın Baş nazirinə etimadsızlıq göstərilməsilə bağlı prosedur başlanmışdı. Keçirilən səsvermə nəticəsində partiyadaşlarının səs çoxluğu ilə T.Mey Baş nazir kürsüsündə qalıb.