XƏBƏR LENTİ

04 Dekabr 2020
03 Dekabr 2020

Digər Xəbərlər

14 Dekabr 2018 - 15:02

“Avropa İttifaqı Dağlıq Qarabağın və ətraf rayonların Azərbaycan torpağı olduğunu təsdiqləyib” –AÇIQLAMA

 “Avropa İttifaqı (Aİ) Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində əvvəllər ATƏT-in Minsk qrupunun mövqeyində dururdu”.

Strateq.az “Report”-a istinadən  xəbər verir ki, bunu QDİƏT Xarici İşlər Nazirləri Şurasının Bakıda keçirilən iclasının yekunlarına həsr olunan mətbuat konfransında Azərbaycanın xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik sahəsindəki ümumi siyasətinə dair ötən gün Avropa Parlamentinin qəbul etdiyi qətnamə ilə bağlı suala cavab verərkən bildirib.

“Bu qətnaməni qəbul etməklə Avropa İttifaqı Dağlıq Qarabağla ətraf yeddi rayonun Azərbaycan torpağı olduğunu bir daha təsdiqləyib. Belə ki, qətnamədə Aİ-nin Şərq Tərəfdaşlığı bölgəsindəki münaqişələrə yanaşmasının bununla eyni olduğu bildirilir. Əvvəllər isə Aİ Dağlıq Qarabağ münaqişəsinin yalnız ATƏT-in Minsk qrupu çərçivəsində həlli siyasətini dəstəkləyirdi”, – nazir müavini vurğulayıb.