XƏBƏR LENTİ

26 Yanvar 2021
25 Yanvar 2021

Digər Xəbərlər

14 Dekabr 2018 - 15:55

Lukaşenko Qarabağdan danışdı:"Vasitəçilər heç nəyi həll etməyəcəklər”

Dağlıq Qarabağ münaqişəsini Ermənistan və Azərbaycan rəhbərləri həll edə bilər, beynəlxalq vasitəçilər ötən illər ərzində vəziyyətin real nizamlanması üçün heç nə etməyiblər.

Strateq.az Trend-ə istinadən bildirir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko Rusiya mətbuat nümayəndələri ilə görüşü zamanı deyib. A.Lukaşenko bildirib: “Minsk qrupu bu onilliklər ərzində Dağlıq Qarabağla bağlı heç bir şey etməyib və iki prezident oturub, “Gəlin problemi həll edək” deməsələr, vasitəçilər heç nə etməyəcəklər”.