XƏBƏR LENTİ

16 Yanvar 2021

Digər Xəbərlər

17 Dekabr 2018 - 14:54

Azərbaycandan İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə şikayətlərin sayı azalır –PA nümayəndəsi açıqladı

Azərbaycandan İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə edilən şikayətlərin sayında azalma müşahidə edilir.

Trend-in məlumatına görə, bunu Azərbaycanın İnsan Hüquqları üzrə Avropa Məhkəməsi yanında daimi nümayəndəsi, Azərbaycan Prezidenti Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş və hərbi məsələlər şöbəsinin İnsan hüquqlarının müdafiəsi məsələləri sektorunun müdiri Çingiz Əsgərov deyib.

O qeyd edib ki, Azərbaycan Avropa Məhkəməsində öz maraqlarını, mövqeyini lazımi qaydada müdafiə edir. Ç.Əsgərov əlavə edib ki, Avropa Məhkəməsinin Azərbaycanla bağlı qərarlarının icrasında hər şey qaydasındadır. Onun sözlərinə görə, bununla bağlı həm fərdi, həm də ümumi xarakterli tədbirlər həyata keçirilir.