XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

18 Dekabr 2018 - 13:30

Avropa Parlamentinin qətnaməsi Milli Məclisdə müzakirə edilib –Sənəddə erməni iddiaları rədd olunub

Milli Məclisin iclasında Avropa Parlamentində qəbul olunan qətnamə müzakirə olunub.

Strateq.az musavat.com-a istinadən bildirir ki, deputat, Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin həmsədri Cavanşir Feyziyev Avropa Parlamentində Azərbaycanın xeyrinə qəbul olunan qətnamə barədə parlamentə məlumat verdi. Dedi ki, parlament sədrinin göstərişi ilə Avropa Parlamentində olublar. Bildirdi ki, Azərbaycan parlamentinin nümayəndə heyəti 2018-ci il Azərbaycan Xalq Cümhuriyyəti ili olması ilə əlaqədar Strasburq şəhərində olub və dekabrın 11-də yüksək səviyyədə tədbir keçirilib. Tədbirdə Səməd Seyidov, Sahibə Qafarova və digərləri iştirak ediblər. C.Feyziyev bildirdi ki, keçirilən tədbirdə 140-dan çox qonaq iştirakçı olub. Azərbaycan Xalq Cümhuriyyəti barədə onlara məlumatlar verilib.

Həmçinin nümayəndə heyəti Avropa Parlamentinin bu il ərzində son plenar iclasında da iştirak edib. İclasda qəbul edilən məruzədə bütün Şərq Tərəfdaşlığı ölkələrinin, o cümlədən Azərbaycanın ərazi bütövlüyü öz əksini tapıb. C.Feyziyev dedi ki, Avropa İttifaqı ilə Azərbaycan arasında əməkdaşlıq üçün əsas şərt ərazai bütövlüyü məsələsidir. Həmçinin AP-da qəbul edilən məruzədə qaçqın və məcburi köçkünlərə yardımların göstərilməsi nəzərdə tutulur.

C.Feyziyev dedi ki, bu məruzədə xalqların öz müqəddəratını təyin etməsi məsələsi əksini tapmır: “Erməni lobbisinin cəhdlərinə baxmayaraq, bu təklif rədd edildi, qəbul olunmadı. Bütün bu uğurlar Azərbaycanın xarici siyasətinin və cənab prezidentin qətiyyətli siyasətinin nəticəsidir”. Artıq Azərbaycana qarşı ikili yanaşmalara son qoyulmaqdadır. Bunun əsasında Azərbaycan prezidentinin qətiyyətli siyasəti və parlament diplomatiyasının uğurları dayanır”. Deputat Tahir Kərimli Cavanşir Feyziyevin və onun komandasını Avropadakı böyük uğura görə təbrik etdi. Deputat Zahid Oruc da dedi ki, Avropa Parlamentində qəbul olunmuş qətnamə mühüm məsələdir: “Xüsusilə də Ermənistanda Avropa Parlamenti ilə bağlı illuziyalar yaranmışdı”. Deputat Qüdrət Həsənquliyev öz növbəsində qətnaməni yüksək dəyərləndirdi: “12 dekabrda Avropa Parlamentində qəbul edilmiş qətnamə Azərbaycan diplomatiyasının böyük uğurudur. İlk dəfədir Avropa Parlamenti qərar qəbul edib ki, Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilə bilər”.

Deputat Fəzail Ağamalı qeyd edib ki, bu sənədin qəbul olunmasında Azərbaycan parlamenti mühüm rol oynayıb.