XƏBƏR LENTİ

28 Noyabr 2020
27 Noyabr 2020

Digər Xəbərlər

20 Dekabr 2018 - 13:12

Ermənistan Mülki Aviasiya Komitəsinin sədri:“Azərbaycanla normal münasibətlərə malik olmalıyıq”

Ermənistan Mülki Aviasiya Komitəsinin sədri Tatevik Revazyan Azərbaycan Dövlət Mülki Aviasiya Agentliyinin sədri Arif Məmmədovla görüşü barədə yeni açıqlama verib.

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, Revazyan görüşün plansız baş tutduğunu və Xocalı aeroportunda uçuşların həyata keçirilməsi ilə bağlı məsələnin müzakirə edilmədiyini diqqətə çatdırıb. O, görüşün plansız baş tutduğunu, heç bir məsələni müzakirə etmədiklərini və sadəcə qəhvə içdiklərini də əlavə edib.

“Biz uçuşların təhlükəsizliyi ilə məşğul oluruq və siyasətin bu məsələdə yer olmamasına çalışmayılıq. Bizim təyyarələrin Türkiyə və Azərbaycan ərazisindən keçdiyini nəzərə alsaq, bu ölkələrə normal münasibətlərə malik olmalıyıq. Amma Xankədi aeroportu ilə bağlı məsələni Arif Məmmədovla müzakirə etməmişik”.

Azərbaycanın Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ibu görüşlə bağlı Modern.az-ın sorğusuna belə cavab verib: “Cari ilin 5-6 dekabr tarixlərində Parisdə Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) Avropa və Şimali Atlantika üzrə Regional Bürosunda təşkil edilmiş müşavirədə Azərbaycan nümayəndə heyətinin tərkibində Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyinin direktoru Arif Məmmədov da iştirak edib.

“Həmin müşavirədə Ermənistan Mülki Aviasiya Komitəsinin sədri Tatevik Revazyan kofe fasiləsində Azərbaycan nümayəndə heyətinə yaxınlaşıb, bu vəzifəyə yeni təyin olduğunu qeyd edərək özünü təqdim edib. Tərəflər arasında heç bir rəsmi və ya qeyri-rəsmi görüş baş tutmayıb”.