XƏBƏR LENTİ

24 Noyabr 2020
23 Noyabr 2020

Digər Xəbərlər

23 Dekabr 2018 - 13:43

Azərbaycan BMT-də Ukraynaya dəstək vermədi –Türkiyə və Ermənistanın mövqeyi necə olub? (Şərh)

BMT Baş Assambleyası işğal olunmuş Ukrayna əraziləri Krım və Sevastopolda insan haqlarının pozulması ilə bağlı qətnamə qəbul edib. Lehinə 67 ölkə, əleyhinə 27 ölkə səs verib. Türkiyə lehinə, Ermənistan əleyhinə olub.

Strateq.az-ın verdiyi xəbərə görə, politoloq Şahin Cəfərli bildirib ki, Azərbaycan son həftədə ikinci dəfə Ukrayna ilə bağlı səsvermədə iştirak etməyib: “Mən yaxşı başa düşürəm ki, Rusiya ilə bağlı ehtiyatlı siyasət aparmalıyıq, onu özümüzə qarşı aqressivləşdirməyə ehtiyac yoxdur. Amma Rusiyadan çəkinməyin də bir həddi olmalıdır. Məsələn, Gürcüstan davamlı və açıq şəkildə antirusiya siyasəti yeridir, postsovet məkanında Amerikanın dayaq məntəqəsinə çevrilib, lakin bu, Rusiya ilə iqtisadi əlaqələrin inkişafına təsir etmir”.

Şahin Cəfərli hesab edir ki, biz əgər eyni problemdən əziyyət çəkən dost və GUAM üzrə yaxın tərəfdaş olan dövlətin yanında olmuruqsa, onu dəstəkləyən müasir dünyadan özümüzü ayrı tuturuqsa, onda apardığımız diplomatiya nüfuz qazana və beynəlxalq dəstək toplaya bilməz: “Dünyanı haqlı olaraq ədalətsizlikdə ittiham edirik, halbuki özümüz də ədalətli deyilik və xarici siyasətdə ikili standart bizdə də var”.

Strateq.az