XƏBƏR LENTİ

21 Oktyabr 2020
20 Oktyabr 2020

Digər Xəbərlər

24 Dekabr 2018 - 12:11

Üç ölkə ilə işgüzar əlaqəni bu deputatlar quracaq –Milli Məclisin qərarına dəyişiklik təklif edilir

Milli Məclisin parlamentlərarası üç işçi qrupuna rəhbər seçiləcək.

Strateq.az Modern.az-a istinadən bildirir ki, bununla bağlı “Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında” Milli Məclisin qərarına dəyişiklik təklif edilir. Belə ki, Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri vəzifəsinə Cavanşir Feyziyevin, Azərbaycan-Almaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri vəzifəsinə Xanlar Fətiyevin, Azərbaycan-Çexiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri vəzifəsinə Sahibə Qafarovanın namizədliyi irəli sürülüb.

Milli Məclisin parlamentlərarası üç işçi qrupuna rəhbərlərin seçilməsi məsələsi parlamentin dekabrın 28-də keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.