XƏBƏR LENTİ

18 Yanvar 2021
17 Yanvar 2021

Digər Xəbərlər

24 Dekabr 2018 - 14:35

Pol Qobl:“Azərbaycanın Rusiya, ABŞ və İranla münasibətləri indikindən daha isti olacaq”

2018-ci ildə Azərbaycan ekspertlər üçün ən çox hansı hadisələrlə yadda qaldı və 2019-cu ildə ölkəmizlə bağlı gözləntiləri nədən ibarətdir?

Strateq.az bildirir ki, oxu.az-ın qonağı Rusiya və keçmiş Sovet İttifaqı üzrə ABŞ-ın ən nüfuzlu ekspertlərindən sayılan, ABŞ dövlət katibinin keçmiş xüsusi müşaviri, həmçinin ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin məsləhətçisi olmuş Pol Qobldur.

Sayta verdiyi eksklüziv açıqlamada amerikalı ekspert  2018-ci ildə Azərbaycanın nələrlə yadda qaldığını qeyd edib: “Fikrimcə, 2018-ci ildə iki əlamətdar hadisə baş verdi. Birincisi “müsbət işarəlidir” – bu Xəzər dənizinin delimitasiyası haqqında sazişdir. Bu sənəd Azərbaycanın Mərkəzi Asiya ilə əlaqələrini genişləndirməsinə yol açacaq. Bakı hər zaman bunu istəyib. İkincisi Qərbdən olan bir sıra neft şirkətlərinin Azərbaycanı tərk etmək qərarıdır”.

“Hesab edirəm ki, üzümüzə gələn 2019-cu ildə Azərbaycan iqtisadi inkişafını davam etdirəcək və balanslaşdırılmış xarici siyasətini qoruyub saxlayacaq. Yeri gəlmişkən, nə qədər paradoksal səslənsə də, qarşıdakı 12 ay ərzində Azərbaycanın Rusiya, ABŞ və İranla münasibətlərinin indikindən daha isti olacağını gözləyirəm”, – deyə Pol Qobl bildirib.