XƏBƏR LENTİ

21 Yanvar 2021

Digər Xəbərlər

27 Dekabr 2018 - 12:43

Qarabağın Azərbaycanlı İcmasının sədri:"Erməni tərəfi yalan dolu iftiralarla çıxış edir, məlumatlar yayır..."

“Dağlıq Qarabağın Azərbaycanlı İcması bundan sonra daha aktiv olacaq”.

Bu barədə Dağlıq Qarabağın Azərbaycanlı İcması İctimai Birliyinin sədri Tural Gəncəliyev keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, 2019-cu ildən İcma beynəlxalq tədbirlərdə iştirak edəcək: “Dağlıq Qarabağın Azərbaycanlı İcması bu vaxta qədər ATƏT-in Minsk Qrupu ilə birlikdə görüşlərdə iştirak edib. Amma bundan sonra beynəlxalq təşkilatlarla debatlarda iştirak etmək və sosial şəbəkələrdə aktiv olmaq niyyətindədir. Çünki erməni tərəfi yalan dolu iftiralarla çıxış edir, məlumatlar yayır və beynəlxalq təşkilatları bu yalanlara inandırmağa çalışır. Biz sosial şəbəkələr və beynəlxaq tədbirlər vasitəsilə əsl həqiqətləri yayacağıq”.

T.Gəncəliyev deyib ki, Dağlıq Qarabağın Azərbaycanlı İcması Azərbaycanın işğal altında olan ərazilərində ermənilərin qanunsuzluqları ilə bağlı beynəlxalq təşkilatlara müraciət edəcək.

Onun sözlərinə görə, icmanın məqsədi işğal altındakı ərazilərdə baş verən qanunsuzluqları dünya ictimaiyyətinə çatdırmaqdır: “Biz bu istiqamətdə ardıcıl addımlar atacağıq. Bu proses, həm də sosial şəbəkələrdə yayımlanacaq. Rayonlarımızın işğal olunduğu tarixlər və digər faktlar barədə də mütəmadi məlumatlar yayımlanacaq və beynəlxalq təşkilatlara çatdırılacaq”.

Trend