XƏBƏR LENTİ

30 Oktyabr 2020

Digər Xəbərlər

28 Dekabr 2018 - 10:31

Milli Məclis 2018-ci ildə son dəfə toplaşır –Deputatlar Antiinhisar və Haqsız rəqabət haqqında Qanunlara dəyişiklik edəcək

Bu gün Milli Məclisin 2018-ci ildə son plenar iclası keçiriləcək.

Strateq.az Trend-ə istinadən bildirir ki, iclasda İnzibati Xətalar Məcəlləsinə, Mülki Məcəlləyə, Əmək Məcəlləsinə, Mülki Prosessual Məcəlləyə, “Antiinhisar fəaliyyəti haqqında”, “Elektron ticarət haqqında”, “İcbari sığortalar haqqında”, “Haqsız rəqabət haqqında”, “Xarici investisiyanın qorunması haqqında” və digər bir sıra qanunlara əlavə və dəyişikliklər müzakirə ediləcək.

İclasın sonunda Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibəti ilə Milli Məclisin müraciəti təsdiq ediləcək.

Ümumilikdə iclasın gündəliyinə 52 məsələ daxildir.