XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

28 Dekabr 2018 - 12:15

Üç deputat bu ölkələr üzrə parlamentlərarası işçi qrupuna rəhbərlik edəcək –Milli Məclis qərar qəbul etdi

Milli Məclisin üç deputatına yeni vəzifə verilib.

Trend-in məlumatına görə, bu məsələ “Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında” Milli Məclisin qərarına dəyişikliklərdə öz əksini tapıb.

Belə ki, Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri vəzifəsinə Cavanşir Feyziyevin, Azərbaycan-Almaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri vəzifəsinə Xanlar Fətiyevin, Azərbaycan-Çexiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri vəzifəsinə isə Sahibə Qafarovanın namizədliyi təklif edilib.

Dəyişikliklər parlamentin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb və qəbul edilib.