XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

28 Dekabr 2018 - 14:27

Milli Məclis 2018-ci il üçün işini yekunlaşdırdı –Deputatlar tətilə çıxdılar

Milli Məclisin payız sessiyasının sonuncu plenar iclası başa çatıb.

Sonda Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibəti ilə Azərbaycan Respublikasının Milli Məclisi müraciət qəbul olundu. Müraciəti Milli Məclisin sədr müavini Bahar Muradova təqdim etdi. “Qarabağ dərdi hamımızın ağrılı yeridir. Bütün dünya azərbaycanlıları səylərini artırsalar, bu problemin həllinə yardımçı ola bilərlər” – müraciətdə deyilir və təbriklər əksini tapır. Deputatlar alqışlarla və səsvermə ilə müraciəti təsdiqləyib.

Spiker Oqtay Əsədov payız sessiyasının başa çatdığını elan edib. Bildirib ki, bu il Milli Məclis çox məhsuldar işləyib. Bu il 31 iclas keçirilib, 463 qanun qəbul edilib. Spiker dünyanın 44 ölkəsindən iştirakçının qatıldığı Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı xüsusi iclasın keçirildiyini, həmçinin parlamentin ölkə daxilində və xaricdə böyük uğurlara nail olduğunu qeyd edib: “Biz 2018-ci ili çox uğurla başa vurduq, mən sizin hər birinizi bu münasibətlə təbrik edirəm”. O.Əsədov qarşıdakı bayramlarla bağlı xalqı təbrik edib. Həmçinin ölkə prezidentinə təbrik məktubu hazırlanmasını təklif etdi və təklif alqışlarla qarşılanıb.

Azərbaycanın Dövlət Himninin oxunmasından sonra sessiya öz işini yekunlaşdırıb  və deputatlar qış tətilinə yollanıblar.