XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

30 Dekabr 2018 - 10:36

Ukrayna Təhlükəsizlik Xidməti əməkdaşlarına əmr verildi:“Dağlıq Qarabağla əlaqələriniz haqda raport yazın”

Ukraynada Təhlükəsizlik Xidmətinin əməkdaşlarına Rusiya, ilhaq edilmiş Krım, Donetsk, Luqansk, Dnestryanı, Abxaziya, Cənubi Osetiya və Dağlıq Qarabağ separatçı bölgələri ilə hər hansı əlaqələrinə dair raport yazmaq əmr edilib.

Virtualaz.org Rusiya mənbələrinə istinadən xəbər verir ki, Ukrayna Təhlükəsizlik Xidmətinin rəhbəri Vasili Qritsak bütün əməkdaşlara müvafiq anketi doldurmalarını və şəxsi əlaqələri barədə informasiyaları göstərməyi tapşırıb. O, habelə əməkdaşlardan tələb edib ki, göstərilən ərazilərdə yaşayan bütün tanışları, qohumları və dostları barədə də məlumatları göstərsinlər. Bildirilir ki, bu əmr xüsusi xidmət əməkdaşlarında narazılıq yaradıb. Çünki onlar onsuz da işə qəbul edilərkən və vaxtaşırı olaraq bütün şəxsi məlumatlarını təqdim edirlər.