XƏBƏR LENTİ

31 Oktyabr 2020
30 Oktyabr 2020

Digər Xəbərlər

04 Yanvar 2019 - 13:45

Qarabağla bağlı məşhur planın müəllifi:“Vəziyyət dəyişir...”

“ABŞ-dakı erməni lobbisinin təsir dairəsi Azərbaycanda düşünüldüyündən xeyli azdır”.

Strateq.az bildirir ki, bunu virtualaz.org-un əməkdaşı ilə söhbətində ABŞ dövlət katibinin xüsusi müşaviri, postsovet məkanı üzrə ekspert Pol Qobl deyib.

Ekspert həmçinin ABŞ Senatının Erl Litzenbergerin bu ölkənin Azərbaycandakı səfiri vəzifəsinə təyinatı barədə qərarını da şərh edib. Məlum olduğu kimi, erməni lobbisi Ağ Evin bu təşəbbüsünə qarşı çıxıb, buna baxmayaraq, ABŞ Dövlət Departamentinin hərbi-siyasi məsələlər üzrə Bürosunun baş müşavirinin namizədliyi təsdiqlənib.

Qeyd edək ki, daha öncə Pol Qobl saytımıza verdiyi müsahibədə proqnozlaşdırmışdı ki, Amerikanın Bakıdakı diplomatik missiyasının rəhbəri vəzifəsinə təyinat məsələsinə senatorlar 2019-cu ilin yanvar ayının 1-dən sonra qayıdacaqlar.

“Amerikalı ermənilər Kaliforniya və Massaçusets ştatlarında ciddi nüfuza malikdirlər. Lakin vəziyyət dəyişir. Hazırda neft və Türkiyə ilə münasibətlərlə bağlı narahatlıq mövcuddur. Bu isə hər şeydən vacibdir”, – Pol Qobl qeyd edib.