XƏBƏR LENTİ

30 Noyabr 2020
29 Noyabr 2020

Digər Xəbərlər

07 Yanvar 2019 - 13:00

Qarabağ icmasının rəhbəri Türkiyə səfiri ilə görüşüb –FOTO

Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı icmasının rəhbəri Tural Gəncəliyev Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral ilə görüşüb.

Bunu icma rəhbəri sosial şəbəkədəki hesabında yazıb. O qeyd edib ki, Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı icmasının üzləşdiyi problemlər haqqında Türkiyəli səfirə ətraflı məlumat verib. Görüş zamanı icmanın gələcək fəaliyyəti və keçiriləcək tədbirlər haqqında fikir mübadiləsi aparılıb. T.Gəncəliyev Dağlıq Qarabağ münaqişəsində tutduğu prinsipial mövqe və göstərdiyi dəstəyə görə səfir E.Özoralın qismində Türkiyəyə dərin təşəkkürünü bildirib.