XƏBƏR LENTİ

05 Dekabr 2020
04 Dekabr 2020

Digər Xəbərlər

08 Yanvar 2019 - 20:59

Ermənistan XİN:"Elmar Məmmədyarovla Mnatsakanyan bu ay görüşəcək"

Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında bu ay görüş keçiriləcək.

Bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Anna Naqdalyan məlumat yayıb.

Onun sözlərinə görə, Ermənistan XİN rəhbəri Zoqrab Mnatsakanyanla Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov arasında görüş keçirilməsi təklifini ATƏT-in Minsk qrupunun həmsədrləri irəli sürüb.

Anna Naqdalyan qeyd edib ki, görüş yanvar ayında nəzərdə tutulub.

O, görüşə dair detallar barədə dəqiqləşmələrdən sonra məlumat veriləcəyini söyləyib/Teleqraf.com.