XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

09 January 2019 - 18:24

Müsavatın mitinqinə icazə verilmədi –Bakı Şəhər İcra Hakimiyyəti "Yox" dedi

Bakı Şəhər İcra Hakimiyyəti Müsavat Partiyasının mitinqlə bağlı müraciətinə rədd cavabı verib.

Partiyadan Strateq.az-a verilən məlumata görə, heç bir əsaslı səbəb göstərmədən siyasi məhbuslarla bağlı mitinqin keçirilməsini də məqsədəuyğun hesab etməyib: “Müsavat Partiyası Mehman Hüseynovun və bütün siyasi məhbusların azadlığa buraxılması tələbi ilə Bakı şəhərində mitinq keçirilməsi barədə Bakı Şəhər  İcra Hakimiyyətinə müraciət göndərib. Bakı Şəhər İcra Hakimiyyəti heç bir əsaslı səbəb göstərmədən bu mitinqin keçirilməsini məqsədəuyğun hesab etmədiyini bildirib”.

Müsavat Partiyası Bakı Şəhər İcra Hakimiyətinin bu qərarının “Sərbəst toplaşma azadlığı haqqında” qanunun tələblərinə zidd olduğunu bildirib.

Xatırladaq ki, Müsavat Partiyası yanvarın 6-da “Mehman Hüseynova və bütün siyasi məhbuslara azadlıq” şüarı ilə mitinq keçirmək barədə qərar qəbul etmişdi. Bu barədə partiyanın başqanı Arif Hacılı “Facebook”da məlumat yaymışdı.