XƏBƏR LENTİ

06 İyun 2020
05 İyun 2020

Digər Xəbərlər

29 Aprel 2015 - 06:13

ABŞ-ın Nevada ştatından Azərbaycana güclü dəstək – Yeni qətnamə –VİDEO
ABŞ-ın Nevada ştatının Parlamenti aprelin 28-də keçirilən plenar iclasında Azərbaycana güclü dəstək ifadə edən qətnamə qəbul edib.
Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğundan Strateq.az-a daxil olan məlumata görə, qətnamənin nüsxəsi plenar iclasda iştirak edən Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayevə təqdim olunub.
Strateq.az xəbər verir ki, parlamentin spikeri Con Həmbrik tərəfindən imzalanmış qətnamədə Azərbaycan xalqının 1918-ci ildə müsəlman dünyasında ilk dünyəvi respublika yaratdığı və bu gün Azərbaycanın ABŞ-ın güclü müttəfiqi və tərəfdaşı olduğu bildirilir. Qeyd olunur ki, Azərbaycan və ABŞ enerji təhlükəsizliyi, terrorçuluğa və kütləvi qırğın silahlarının yayılmasına qarşı mübarizə sahələrində sıx əməkdaşlıq edirlər. Bildirilir ki, 11 sentyabr terror aktlarından sonra Azərbaycan terroçuluqla mübarizədə ABŞ-a hərtərəfli yardım göstərmiş, öz sülhməramlı qüvvələrini Əfqanıstana göndərmişdir. Vurğulanır ki, 2001-ci ildən bəri hər il Əfqanıstanda yerləşən ABŞ qoşunlarının təchizatının 40%-i Azərbaycan vasitəsilə daşınmaqdadır.
Sənəddə deyilir ki, böyük neft və qaz ehtiyatlarına malik Azərbaycan ABŞ, Avropa və İsrailin enerji təhlükəsizliyinə töhfələr verir və Avropanın enerji təchizatını şaxələndirəcək Cənub Enerji Dəhlizinin ən önəmli bəndi olaraq qalmaqdadır.
Qətnamədə qeyd olunur ki, Azərbaycanda əsrlərdən bəri müxtəlif xalqlar və dinlər dinc şəraitdə yaşamaqdadırlar.
Bildirilir ki, Azərbaycan öz suverenliyini və müstəqilliyini möhkəmləndirib və dünyanın ən sürətlə inkişaf edən və çağdaşlaşan dövlətlərindən birinə və ABŞ-ın Güney Qafqazda ən böyük ticarət tərəfdaşına çevrilib.
Sonda qeyd olunur ki, ABŞ, Azərbaycan kimi müttəfiqlərinin müstəqiliiyini bundan sonra da dəstəkləməli və onlarla münasibətləri daha da gücləndirməlidir.
Onu da qeyd edək ki, bu, Nevada Parlamenti tərəfindən Azərbaycana dair qəbul olunan ilk qətnamədir.
Qətnamənin qəbulunun video-yazısını bu linkdə izləmək olar:
https://www.youtube.com/watch?v=JPanCoizS7g&feature=youtu.be