XƏBƏR LENTİ

12 Avqust 2020
11 Avqust 2020

Digər Xəbərlər

29 Aprel 2015 - 06:35

KXCP sərt bəyanat verdi

“Aydınların, müxtəlif cəmiyyətlərin və beynəlxalq ictimaiyyətin, nufuzlu hüquq müdafiə təşkilatlarının çağırışlarına baxmayan hakimiyyət vətəndaş cəmiyyəti fəallarına qarşı repressiyalarını davam etdirir”.

Strateq.az xəbər verir ki, bu sözlər KAXCP-nin bu gün yaydığı bəyanatda yer alıb.

Bəyanatda bildirilir ki, KXCP tanınmış hüquq müdafiəçisi, hüquqi dəstəyə ehtiyacı olan insanları təmannasız müdafiə etmiş İntiqam Əliyevin Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən əsassız olaraq 7 il 6 ay azadlıqdan məhrum edilməsini hakimiyyətin siyasi sifarişi və vətəndaş cəmiyyətinə qarşı növbəti represiv tədbiri hesab edir: “Eyni zamanda, KXCP Rəsul Cəfərovun 6,6 il azadlıqdan məhrum edilməsini, 14 saylı Cəzaçəkmə Müəssisəsində məhkum Elşad Babayevin vəhşicəsinə qətlə yetirilməsinə etiraz edən məhbuslar- siyasi məhbus Araz Quliyev və digərlərinin qanunsuz olaraq Qobustan Qapalı həbsxanasına göndərilməsini, ağır xəstələr Yeyla Arif Yunsların təcridxanada saxlanılmasını, təcridxanada təzyiqlər altın saxlanılan Xədicə İsmayılla bağlı çeşidli məhkəmə oyunlarını hakimiyyət orqanlarının tənqidi fikir söyləyənlərə qarşı amansız münasibətinin göstəricisi hesab edir.

Klassik Xalq Cəhbəsi Partiyası hüquq müdafiəçilərinin əsassız, cəfəng iddialarla, yalnız siyasi sifarişlə həbsxanalarda və təcridxanalarda saxlanılmasını pisləyərək hakimiyyət orqanlarından qanunun aliliyini, demokratik dəyərləri əsas götürərək bir an gözləmədən bütün vicdan və siyasi məhbusların qeyd- şərtsiz azad edilməsini, vətəndaş cəmiyyətinə qarşı amansız represiyalara son qoyulmasını tələb edir”.

Strateq.az