XƏBƏR LENTİ

27 Oktyabr 2020
26 Oktyabr 2020

Digər Xəbərlər

14 Yanvar 2019 - 09:59

Məhərrəm Zülfüqarlı:“90-cı illərdə düşünürdük ki, “Əsrin müqaviləsi” imzalanarsa...”

Bu ilin yazında Avropa Birliyi ilə Azərbaycan arasında tərəfdaşlıq sazişinin imzalanacağının gözləndiyi bildirilir. Bununla bağlı hər iki tərəf açıqlamalar verib.

Artıq yaxın aylarda imzalanacağı deyilən bu sənəddə hansı məqamların yer alacağı və bunun əhəmiyyəti Azərbaycan cəmiyyətində bir çox çox insanları düşündürməkdədir.Ancaq bununla belə sazişin yaxın aylarda imzalanacağına şübhə edənlər də var.

Azərbaycanda Vətəndaş Cəmiyyətinə Yardım Assosiasiyasının Seçki Qərargahının rəhbəri Məhərrəm Zülfüqarlı Azadliq Radiosuna açıqlamasında deyib ki, Avropa Birliyinə Azərbaycan nə qədər lazımdırsa, Azərbaycana da bu birlik o qədər lazımdır: “ Yəni bu əməkdaşlıqda qarşlıqlı yararlanma olmalıdır”. Məhərrəm Zülfüqarlı bütün hallarda müqavilənin bağlanması tərəfdarı olduğunu söyləyib: “Çünki Azərbaycan Qərb ölkələrinə nə qədər inteqrasiya etsə, cəmiyyət Avropa dəyərlərini daha çox mənimsəyəcək. Həm də müəyyən problemlərin həllində “köhnə qitə”nin dəstəyinə arxalana biləcəyik. Düzdür, Qərbin dəstəyinə tam arxayın olmaq olmur. Amma hər halda demokratik ölkələr müəyyən məsələlərdə bizə dəstək verə bilərlər. Həm də bu il Azərbaycanda bələdiyyə seçkiləri keçiriləcəyindən, Avropa Şurası ilə bərabər Avropa Birliyindən də müşahidəçilər gələcək”.

M.Zülfüqarlı Azərbaycanın Avropa Birliyi ilə saziş imzalanmasının ölkəyə faydalarının olduğunu hesab edir: “Ancaq biz sadəlöhv olmamalıyıq. 90-cı illərdə düşünürdük ki, “Əsrin müqaviləsi” imzalanarsa, neft-qaz Avropaya gedəcək, nəticədə onlar bizə dəstək verəcək, elə olmadı. Hər bir dövlətin öz marağı olduğundan biz öz dövlət maraqlarımızı önə çəkməliyik. Baxın, Fransada “sarıjiletlilər”dən nə qədər adam həbs ediblər.Bu ölkənin Azərbaycanı kiminsə həbsinə görə ittiham etməsi doğru deyil. Bu dövlətlər birinci öz ölkələrində insan haqları prooblemlərini həll etməli, sonra Azərbaycan kimi ölkələr barədə açıqlama yaymalıdırlar”.