XƏBƏR LENTİ

25 Yanvar 2021
24 Yanvar 2021

Digər Xəbərlər

14 Yanvar 2019 - 18:19

Sabiq nazir Əvəz Ələkbərov:“Ölkə üçün heç nə etməyənlər şərəf və ləyaqətdən danışır”

“Baxırsan mətbuata, televiziya və radioya ölkə üçün heç nə etməyən adamlar çıxır, öz fikirlərini aşılayırlar, şərəf və ləyaqətdən danışırlar”.

Strateq.az bildirir ki, bu sözləri Modern.az-a müsahibəsində Azərbaycanın sabiq maliyyə naziri Əvəz Ələkbərov deyib: “Onların keçmişinə açıb baxsan, ən azı təəssüf hissi keçirirsən ki, bu adamların haqqı çatır belə tərbiyəvi işlərlə məşğul olmağa?”

Sabiq nazirin fikrincə, müəllim də, professor da auditoriyaya girəndə öz keçmişinə nəzər yetirməli, şərəfini və vicdanını unutmamalı və tələbələrə, magistrlərə, doktorantlara nümunə olmalıdır: “Mənə hərdən qəzet səhifələrində bəzi alimlərin yazıları rast gəlir: 6-7 cümlə, o da çox bayağı şəkildə. Bəlkə də onları heç kim oxumur. Belə yanaşmalar bizə lazımdırmı? Dahi Heydər Əliyevin bir kəlamı yadıma düşür: “Rəhbərlik etmək, yəni adamları öyrətmək və tərbiyələndirmək üçün gərək mənəvi haqqın olsun”. Yoxsa cinayət əməli etmiş bir insan gəlib cəmiyyətə ağıl verirsə, bu nə dərəcədə məntiqə uyğundur?

Ə. Ələkbərov bildirib ki, şərəf və ləyaqəti qorumalı, gələcək nəsillərə mentalitetimizlə bağlı gözəl xüsusiyyətlər ötürməliyik.