XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

15 Yanvar 2019 - 15:40

Müsavata “yox”, Milli Şuraya “hə” –Mitinqə icazə verildi

Bakı şəhər İcra Hakimiyyəti Milli Şuranın yanvarın 19-na təyin etdiyi mitinqə icazə verib. Milli Şuradan verilən məlumata görə, mitinq Yasamal rayonu “Məhsul” stadionunda olacaq.

Başlıca tələblər Mehman Hüseynov və digər siyasi məhbusların azad edilməsi, ölkədən oğurlanmış, büdcədən talanıb natəmiz yollarla ofşor hesablara daşınmış korrupsiya pullarının xalqa qaytarılmasından ibarətdir.

Bundan öncə Müsavat Partiyasi “Mehman Hüseynov və bütün siyasi məhbuslara azadlıq!” tələbi ilə yanvarın 12-nə mitinq təyin etmişdi. Lakin Bakı şəhər İcra Hakimiyyəti mitinq keçirməyin məqsədəuyğun olmadığı cavabını verib.

Həbsdə olan blogger Mehman Hüseynova qarşı 2018-ci il dekabrın 26-da yeni cinayət işi başlanılıb. O, 14 saylı cəzaçəkmə müəssisəsinin əməkdaşına xəsarət yetirməkdə ittiham olunur. Bloger ittihamın yalan və böhtan olduğunu bildirib.

(Amerikanın səsi)