XƏBƏR LENTİ

05 Dekabr 2020
04 Dekabr 2020

Digər Xəbərlər

15 Yanvar 2019 - 21:10

“Paris görüşü münaqişənin həllinə ümidlərimizi artırır” –Tural Gəncəliyev

“Yanvarın 16-da Parisdə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan arasında ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə keçiriləcək görüş uzun müddətdir ki, davam edən münaqişənin sülh yolu ilə həllində irəliləyişin əldə olunmasına ümidlərimizi daha da artırır”.

Bu barədə Trend-ə “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin Idarə Heyətinin sədri Tural Gəncəliyev deyib.

T.Gəncəliyev sözügedən görüşün Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə təkan verəcəyinə ümidvar olduğunu bildirib: “Əminik ki, münaqişənin Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri və ərazi bütövlüyü çərçivəsində həlli regional əməkdaşlıq üçün yeni imkanlar açacaq və regionda davamlı inkişaf, sabitlik və rifahın bərqərar olmasına, eləcə də ölkəmizin təşəbbüsü ilə həyata keçirilən layihələrdən erməni xalqının da yararlanmasına səbəb olacaq”.