XƏBƏR LENTİ

18 Yanvar 2021
17 Yanvar 2021
16 Yanvar 2021

Digər Xəbərlər

17 Yanvar 2019 - 15:36

Qulamhüseyn Əlibəyli struktur dəyişiklikləri haqqında:"Digər sahələrdə də davamlı həyata keçirilməlidir"

Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli Azərbaycan prezidentinin fərmanları ilə dövlət idarəetmə sistemində aparılan struktur dəyişikliklərinə münasibət bildirib.

 Strateq.az-ın İstiqlal.az-a istinadən xəbərinə görə, Qulamhüseyn Əlibəyli bildirib ki, bütövlükdə dövlət idarəetməsinin səmərəli təşkili baxımından icra hakimiyyəti sistemində struktur dəyişikliklərinin edilməsi dövlət inzibatçılığının daha da təkmilləşdirilməsi və daha çevik mexanizmin yaradılması üçün zəruri tədbirlərdir: “Buna görə də son struktur dəyişiklikləri müsbət addım kimi qiymətləndirilə bilər. Konkret strukturların fəaliyyətini təhlil etmədən qeyd etmək olar ki, bəzi dövlət qurumlarının ləğvi, bəzilərinin isə yenidən təşkili bir tərəfdən ümumilikdə icra aparatının sadələşdirilməsinə, idarəetmə funksiyalarının səmərəli bölünməsinə, digər tərəfdən isə onun saxlanması xərclərinin azaldılmasına yönəlik addımlardır. Əlbəttə, bu struktur dəyişikliklərinin nə dərəcədə səmərəli olduğunu, nəzərdə tutulan məqsədlərə çatıb- çatmadığını müəyyən müddət keçdikdən sonra daha dəqiq qiymətləndirmək olar. İndilikdə isə ümid etmək istərdim ki, bu dəyişikliklər bütövlükdə idarəetmə mexanizminin təkmilləşdirilməsinə və səmərəliliyinin yüksəldilməsinə gətirib çıxaracaq və digər sahələrdə də davamlı həyata keçiriləcək”.