XƏBƏR LENTİ

04 Dekabr 2020

Digər Xəbərlər

17 Yanvar 2019 - 23:26

Gürcü politoloq:"20 Yanvar faciəsini törədənlər cəzalandırılmalıdır"

“1990-cı ilin 20 yanvarında Azərbaycanda qanlı cinayət törədənlər mütləq cəzalandırılmalıdır”.

Bunu gürcü politoloq Tengiz Txilava jurnalistlərə açıqlamasında deyib.

O, bildirib ki, 20 Yanvar hadisəsi Azərbaycan xalqına dost və qardaş xalqlar üçün də faciəvi tarixdir: “Gürcüstan və Azərbaycan xalqları müstəqilik uğrunda mübarizə yolunda oxşar talelər yaşayıblar. Gürcüstanda da 1989-cu ilin aprelin 9-da eyni qanlı hadisə törədildi. Xatırlayıram ki, Tbilisidə baş verən faciədən sonra Azərbaycandan nümayəndə heyətləri Gürcüstana gələrək, gürcü xalqına dəstəyini ifadə etdi”.

T.Txilava qeyd edib ki, Bakıda 20 Yanvar faciəsi baş verəndən sonra Gürcüstan da dost Azərbaycan xalqına dəstək bildirib: “O zaman mən Gürcüstanda deyildim. Lakin bir çox dostlarım və tanışlarım Azərbaycan xalqına dəstək vermək üçün Bakıya getmişdilər. Şəhidlərin doğmaları və yaxınlarına başsağlığı verirəm. 20 Yanvar faciəsi Azərbaycan xalqının yaddaşından heç vaxt silinməyəcək”.

Qeyd edək ki, bu gün Gürcüstanın Milli Parlament Kitabxanasında 20 Yanvar faciəsinin 29-cu ildönümünə həsr olunmuş fotosərgi keçirilib.

Report