XƏBƏR LENTİ

23 Yanvar 2021
22 Yanvar 2021

Digər Xəbərlər

18 Yanvar 2019 - 12:05

Politoloq:"Qarabağ danışıqlarında irəliləyiş var"

“Paris görüşü göstərdi ki, Ermənistanda hakimiyyət dəyişikliyindən sonra münaqişənin həllinə dair danışıqlar prosesində əldə edilən pozitiv dinamika davam edir”.

Strateq.az-ın xəbərinə görə, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin son görüşünün yekunlarını şərh edən politoloq Şahin Cəfərli belə deyib.

Ş.Cəfərli xatırladıb ki, görüşlə bağlı hər iki ölkə XİN və həmsədrlər ayrı-ayrı bəyanatlarla çıxış ediblər:

“Son illərin praktikasından fərqli olaraq, bəyanatlarda sinxronluq var, yəni görüşdə razılaşdırılıb ki, bütün tərəflər eyni məzmunda açıqlama yaysın. Qırmızı xətlə keçən cümlə “xalqları sülhə, təhlükəsizliyə və bölgənin stabil inkişafına” hazırlamaqdır. Bu cümlədən 2 nəticə çıxır: birincisi, prosesdə irəliləyiş var; ikincisi isə tərəflər – Azərbaycan və Ermənistan rəhbərlikləri problemi məhz sülh yolu ilə həll edəcəklərinə dair növbəti dəfə təminat verdikləri üçün vasitəçilərin çağırışı ilə razılaşıblar ki, öz xalqlarını da sülhə hazırlamağa başlasınlar. Xalqı sülhə hazırlamaq üçün zəruridir ki, xalq hansı sülhdən söhbət getdiyini bilsin. Yəni hakimiyyət danışıqların məzmunu, müzakirə olunan sənədin və ya planın (əgər varsa) konturları barədə yaxşı olar ki, ictimaiyyəti məlumatlandırsın”.

Ş.Cəfərlinin sözlərinə görə, xalqları sülhə hazırlamaq zərurəti ilk dəfə deyil ki, vurğulanır:

“Əvvəllər də bu məsələdən, etimad artırıcı tədbirlərdən dəm vurulub, hətta xalq diplomatiyası işə salınıb, qarşılıqlı səfərlər təşkil olunub. Bütün bunlar münaqişənin həllinə gətirib çıxarmayıb. Yəni əvvəllər də tərəflər bir neçə dəfə sülhə yaxınlaşıblar, indi də bənzər proses müşahidə edirik. Lakin bu, heç də o demək deyil ki, yenə heç bir nəticə hasil olmayacaq. İstisna deyil ki, bu dəfə konkret razılaşmalar əldə oluna bilər. Bu baxımdan hazırda gedən proses önəmlidir və diqqət mərkəzində saxlanılmalıdır”.