XƏBƏR LENTİ

27 Oktyabr 2020
26 Oktyabr 2020

Digər Xəbərlər

20 Yanvar 2019 - 11:50

Ukrayna siyasi texnoloqu:"Ya qaz kəməri çəkiləcək, ya da müharibə olacaq"

Əgər “Şimal axını-2” qaz kəməri çəkilməsə, Ukrayna ilə Rusiya arasında müharibə başlayacaq.

Bu sözləri siyasi texnoloq Dmitri Raimov deyib.

“Əgər kəmər salınmasa, biz müharibə ehtimalını müzakirə edəcəyik. Onlar axmaq deyillər. Əgər özlərinin əsas resurslarını başqa ərazidən keçirmək imkanları varsa, Ukraynanı unudacaqlar. Sadəcə, unuducaqlar. Bizim üçün bu yaxşıdır. İqtisadi baxımdan ruslar üçün maraqlı olmayacağıq”, – deyə Raimov bildirib.

Ekspertin sözlərinə görə, ABŞ Ukraynanın qaz-nəqliyyat sisteminə nəzarəti ələ keçirsə, bu, Rusiya üçün strateji risklər yaradacaq:

“ABŞ Ukrayna hökumətinin qaz təchizatına, Avropaya qaz verilməsinə və s. məsələlərə nəzarət edəcəyi halda Rusiya milyardlarla dollardan məhrum olacaq və bu zaman onlar üçün yalnız bir yol qalacaq – müharibə”.  (Axar.az)