XƏBƏR LENTİ

27 Noyabr 2020

Digər Xəbərlər

21 Yanvar 2019 - 15:37

Deputatdan açıqlama:"Səməd Seyidov yenidən AŞPA-nın vitse-prezidenti seçilib "

Azərbaycanın Avropa Şurası Parlament Assambleyasında (AŞPA) nümayəndə heyətinin tərkibi növbəti il üçün təsdiqlənib.

Nümayəndə heyətinin üzvü, deputat Naqif Həmzəyev bildirib ki, eyni zamanda nümayəndə heyətinin rəhbəri Səməd Seyidov AŞPA-nın yenidən vitse-perzidenti seçilib.

Azərbaycan nümayəndə heyətinin üzvləri deputatlar Rafael Hüseynov, Sabir Hacıyev, Qənirə Paşayeva, Ülviyyə Ağayeva, Sevinc Fətəliyeva, Elşad Həsənov, Fazil Mustafa, Asim Mollazadə, Çingiz Qənizadə, Sahibə Qafarova və Naqif Həmzəyevdir.

Qeyd edək ki, bu gün AŞPA-nın qış sessiyası başlayıb və yanvarın 25-ə kimi davam edəcək.   (Report)