XƏBƏR LENTİ

30 Oktyabr 2020
29 Oktyabr 2020

Digər Xəbərlər

22 Yanvar 2019 - 18:59

Elmar Məmmədyarov Səudiyyə Ərəbistanı rəsmisi ilə görüşdü –Müzakirə

Xarici işlər naziri Elmar Məmmədyarov Səudiyyə Ərəbistanının Şura Məclisinin Azərbaycanla parlamentlərarası dostluq komitəsinin sədri Fayez bin Abdulla Əli Əl-Şehrinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Strateq.az XİN-ə istinadən bildirir ki, Azərbaycan və Səudiyyə Ərəbistanı arasında bütün sahələrdə münasibətlərin inkişafından məmnunluğunu bildirən nazir E.Məmmədyarov iqtisadi əlaqələrin daha da dərinləşdirilməsi üçün səylərin artırılmasının vacibliyini diqqətə çatdırıb.

Azərbaycanda olmasından məmnunluğunu bildirən qonaqlar münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə çatdırılmasının vacibliyini diqqətə çatdırıblar. Bu xüsusda, tərəflər davamlı səylərin artırılmasının, eləcə də iqtisadi və təhsil sahələrində əməkdaşlıq əlaqələrinin daha da möhkəmləndirilməsinin zəruriliyini bildiriblər.

Tərəflər ikitərəfli dostluq əlaqələrinin inkişafında parlamentlərarası dostluq qruplarının fəaliyyətini yüksək qiymətləndiriblər.

Fayez bin Abdulla Əli Əl-Şihri Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində ölkəsinin mövqeyinin dəyişməz qaldığını, münaqişənin beynəlxalq hüququn əsas prinsipləri, ələlxüsus Azərbaycanın ərazi bütövlüyü və suverenlik prinsipləri əsasında həll edilməsinin vacibliyini qeyd edib.

Görüş zamanı həmçinin tərəflər qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıblar.