XƏBƏR LENTİ

24 Noyabr 2020
23 Noyabr 2020

Digər Xəbərlər

22 Yanvar 2019 - 19:58

ATƏT PA-nın prezidenti:"Mehman Hüseynovla bağlı işinə xitam verilməsinə çox şad oldum"

57 dövlətin üzv olduğu ATƏT Parlament Assambleyasının Prezidenti Georgi Tseriteli Mehman Hüseynovla bağlı atılan addımı alqışlayıb.

Strateq.az xəbər verir ki, bu haqda ATƏT PA-nın rəsmi saytı məlumat yayıb.

Prezident Tsereteli bildirib ki, “Bir il əvvəl Mehman Hüseynovu ziyarət edərkən, onun həbsxana şəraitini müşahidə etdim və onun tezliklə azad ediləcəyini ümid etdim. Dekabr ayında ona qarşı yeni ittihamların irəli sürülməsi mənim dərin narahatlılığıma səbəb oldu və mən bu cinayət işinə xitam verilməsinə çox şad oldum. Mən onun işini yaxından izləyirdim və müntəzəm olaraq parlamentdəki həmkarlarımla və Azərbaycanın bir sıra hakimiyyət orqanları, o cümlədən prezident İlham Əliyevlə müzakirələrimdə də qaldırdım və bu işə ölkə başçısının şəxsən diqqət yetirməsi məni çox sevindirdi”.

Tsereteli əlavə edib ki, Azərbaycanda demokratik islahatlar, xüsusən KİV azadlığı və vətəndaş cəmiyyətinin qatqısını artırmaq üçün şərait yaradılması istiqamətində işlər davam etdirilməlidir.

ATƏT PA-nın rəsmi saytında həmçinin qeyd edilib ki, ATƏT PA-nın vitse-prezidenti millət vəkili Azay Quliyev Mehman Hüseynovla bağlı yanvarın 12-də açıqlama verərək, bu məsələni Azərbaycanın müvafiq dövlət qurumları ilə müzakirə edib, obyektiv araşdırılmasını xahiş edir.