XƏBƏR LENTİ

31 Oktyabr 2020

Digər Xəbərlər

23 Yanvar 2019 - 11:14

“Stratfor”:"Rusiya və Ermənistan arasında gərginlik haradan başladı?"

Son dövrə qədər köhnə Sovet ölkələrinə baxsaq, Rusiya ilə Ermənistan qədər yaxın olanı yox idi. Qafqaz ölkəsi Gümrüdəki 102-ci hərbi bazada 5 mindən çox rus qoşununa ev sahibliyi edirdi. Rusiya isə Ermənistanın enerji xətlərindən tutmuş telekommunikasiyaya qədər strateji iqtisadi sahələrinə güclü təsir edirdi. Rusiya Ermənistanın ümumi ticarətinin 25%-ni təşkil etməklə, həmçinin Ermənistanın ən böyük ticarət əməkdaşı və erməni miqrantların əsas “son dayanacağı” idi.

Erməni-rus münasibətlərinin keçmişi və bugünkü dövrü ilə bağlı “Stratfor” nəşri məqalə yayımlayıb.

Məqalədə qeyd edilir ki, İrəvandakı son siyasi dəyişikliklər Rusiya və Ermənistan arasındakı gərginliyi artırıb və bu, münasibətləri korlaya bilər. Bu gərginliyin ən çox hərbi əməkdaşlığa təsir edəcəyi, lakin iki ölkə arasındakı təbii qaz axınına da təsirsiz ötüşməyəcəyi bildirilib.

“Ermənistanda Paşinyanın rəhbərliyi ilə həyata keçirilən “məxməri inqilab” Sarkisyanın istefası ilə nəticələndi və ötən ay baş tutmuş parlament seçkilərində Paşinyanın partiyası səslərin 70%-ni almağa nail oldu. Rusiya Paşinyanın yüksəlişini səssizcə izlədi. Ölkədə baş verən etiraz aksiyalarına heç bir şəkildə müdaxilə etməyən Moskva Sarkisyan rejimini dəstəkləyirdi. Lakin, Paşinyanın erməni hökumətinə etdiyi tənqidlərini korrupsiya və digər yerli məsələlərlə məhdudlaşdırması və Moskva ilə strateji və təhlükəsizlik münasibətlərinin davam etməsinin əhəmiyyətini vurğulaması Rusiyanın səssiz qalmasına təkan verdi”, – deyə məqalədə qeyd edilib.

Hazırda isə Rusiya ilə gərginlik artır. Bu hələ 2018-ci ilin iyul ayında Rusiyanın Panik kəndi yaxınlığında keçirilən təlimlərindən sonra başlamışdı. Yerli əhalinin etirazından sonra Paşinyan Moskvanı əhalini əvvəlcədən xəbərdar etməməkdə günahlandırmışdı. Bundan sonra Rusiyanın hərbi addımlarına qarşı etirazlar böyüdü və Gümrüdə erməni qadınını öldürənin rus əsgəri olması iddialarından sonra daha da geniş vüsət aldı.

Gərginliyin artmasının digər bir səbəbi isə 2018-ci ilin oktyabr ayında ABŞ-ın Milli Təhlükəsizlik üzrə müşaviri Con Boltonun regiona səfəri zamanı ABŞ-ın Ermənistana silah satmasının mümkünlüyü barədə açıqlamaları oldu. O, “Bu, Ermənistanın xarici təsirlərə qarşı milli müstəqilliyini qoruya bilməsi üçün şərtdir” deyə açıqlama vermişdi. Təbii ki, bu Rusiyanı narahat etdi.

Digər bir məsələ enerji sektorunda təbii qazın qiymətinin artması oldu. Rusiyanın qiyməti qaldırmasında əsas nəticələrindən biri isə Ermənistan Dövlət Gəlirləri Komitəsinin “Qazprom Ermənistan”ı yoxlanışdan keçirmə qərarı olmuşdu.   (Ordu.az)