XƏBƏR LENTİ

28 Oktyabr 2020
27 Oktyabr 2020

Digər Xəbərlər

24 Yanvar 2019 - 18:19

Müxalifətin mitinqinə razılıq verilməməsinin səbəbiMƏLUM OLDU

Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) müxalifətin yanvarın 26-da, saat 15:00-da Yasamal rayonundakı İdman Sağlamlıq Kompleksinin stadionunda (keçmiş “Məhsul”) mitinq keçirməsinə razılıq verməməsinin səbəbi açıqlanıb.

Strateq.az-ın “Report”a istinadən xəbərinə görə, buna səbəb Bakı Şəhər Baş Polis İdarəsinin rəisi, polis general-mayoru Mirqafar Seyidovun müxalifətə mitinq keçirməyə icazə verilməməsi ilə bağlı Bakı şəhər İcra Hakimiyyəti qarşısında vəsatət qaldırması olub.

Bakı Şəhər İcra Hakimiyyətindən bildirilib ki, M.Seyidovun müraciəti bir neçə gün öncə şəhər icra hakimiyyətinə daxil olub. Qeyd olunub ki, müraciətə baxılıb və nəzərə alınıb.

Xatırladaq ki, müxalifətin sonuncu mitinqi yanvarın 19-da keçirilib.