XƏBƏR LENTİ

21 Oktyabr 2020
20 Oktyabr 2020

Digər Xəbərlər

24 Yanvar 2019 - 20:03

 Elmar Məmmədyarov Latviya xarici işlər nazirinə məktub göndərdi –XİN-dən açıqlama

Xarici işlər naziri Elmar Məmmədyarov və Latviya xarici işlər naziri Edqars Rinkeviçs iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi münasibətilə təbrik məktubu mübadiləsi həyata keçiriblər. 

Starteq.az XİN-ə istinadən xəbər verir ki, E.Məmmədyarov məktubunda iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 25-ci ildönümü münasibətilə həmkarını təbrik edib, dost Latviya xalqına sülh, sabitlik və əmin-amanlıq arzulayıb.

Məktubda həmçinin Azərbaycan-Latviya münasibətlərinin dərin tarixi köklərə malik olduğu qeyd edilib, hər iki dövlətin müstəqilliyini bərpa etdikdən sonra siyasi, iqtisadi, mədəni və digər sahələrdə ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyi bildirilib.

E.Rinkeviçs də, öz növbəsində, Azərbaycanın Latviya üçün mühüm tərəfdaş olduğunu vurğulayıb. O, ötən 25 il ərzində siyasi, iqtisadi, mədəniyyət və təhsil sahələrində konkret nəticələr görməkdən böyük məmnunluq duyduğunu və iki ölkə arasında əməkdaşlığın gələcək illərdə daha da möhkəmlənəcəyindən əmin olduğunu qeyd edib.

Qeyd edək ki, Azərbaycan Respublikası ilə Latviya Respublikası arasında diplomatik münasibətlər 1994-cü il yanvarın 11-də qurulub.