XƏBƏR LENTİ

30 Oktyabr 2020
29 Oktyabr 2020

Digər Xəbərlər

25 Yanvar 2019 - 11:59

Milli Məclisin İntizam komissiyasına yeni üzvlər seçilir –SİYAHI

Miilli Məclisin İntizam komissiyasına yeni üzvlər seçilir.

Trend-in məlumatına görə, Milli Məclisin qərarının layihəsinə əsasən, komissiyanın tərkibi yenidən formalaşır. Belə ki, komissiyanın tərkibinə deputatlar Ağacan Abıyev, Xanlar Fətiyev, Malik Həsənov, Sevinc Hüseynova, Fəzail İbrahimli, Məlahət İbrahimqızı, Mirkazım Kazımov, Pərvin Kərimzadə, Hikmət Məmmədov, Səttar Möhbalıyev və Fazil Mustafa daxil edilir.

Hazırda isə komissiyanın tərkibinə Ağacan Abıyev, Məlahət İbrahimqızı, Xanlar Fətiyev, Mirkazım Kazımov, Səttar Möhbalıyev, Fazil Mustafa və Kamran Nəbizadə daxildir.

İntizam Komissiyasının yeni tərkibi ilə bağlı məsələ Milli Məclisin fevralın 1-də keçiriləcək iclasının gündəliyinə daxil edilib.