XƏBƏR LENTİ

19 Yanvar 2021
18 Yanvar 2021

Digər Xəbərlər

25 Yanvar 2019 - 14:33

QHT sədri:“Bu qərar  ilk növbədə gürcülərə  qarşı xəyanətdir”

“Azərbaycanlılara qarşı qəddarlığı ilə yadda qalan “Kobra” ləqəbli erməni hərbi canilərindən olan Mixail Avaqyanın  abidəsinin Cavaxetiyada  açılış mərasiminin keçirilməsi  Gürcüstan rəhbərliyinin yalnız Azərbaycan xalqına deyil, özlərinə qarşı da xəyanəti kimi dəyərləndirilməlidir”.

Strateq.az bildirir ki, bu açıqlama ilə “Demokratik İslahatçı Gənclər “İctimai Birliyinin sədri Vüsalə Hüseynli çıxış edib.

Onun sözlərinə görə, ermənilərin Azərbaycana olduğu kimi rəsmi Tbilisiyə də ərazi iddiasında olmaları barədə istər Gürcüstan rəhbərliyinin, istərsə də gürcü xalqının yetərincə məlumatı var : “Gürcüstan hökuməti mütəmadi olaraq, ermənilər tərəfindən ərazi iddiasının irəli sürüldüyünün  və bu ərazinin də məhz  Cavaxetiya olmasını bilə – bilə  erməni cinayətkarına həmin ərazidə abidə ucaltmalarını anlamaq  çox çətindir.  Onların bu qərarı  ilk növbədə gürcülərə  qarşı xəyanətdir. Digər tərəfdən bu addımları ilə ermənilərin bu iddialarına dəstək vermiş oldular”.

QHT sədri bildirib ki, ikinci bir tərəfdən  bu addımın 20 yanvar ərəfəsində reallaşması  təii olaraq, Azərbaycan xalqına qarşı kobud siyasi qərar kimi qəbul olunur:  “Bu gün Azərbaycanın Gürcüstanda  reallaşdırdığı layihələrin 100 dən birini ermənilər onlar üçün etməyiblər. Görünür Cürcüstan rəhbərliyi bunu unudub . Unudubdur ki, onlar neft ölkəsi olmasalar da, məhz rəsmi Bakının  dəstəyi sayəsində neft ölkəsi olublar. Azərbaycan  hər  il Gürcüstanda   böyük miqyaslı layihələr reallaşdırır. 2018 –ci ilin  yanvar-sentyabr aylarında Azərbaycan Gürcüstan iqtisadiyyatına 169,8 mln. ABŞ dolları məbləğində investisiya yatırıb. Azərbaycanın dost münasibətini  rəsmi Tbilisin görməməzlikdən gəlməsi təbii ki, Azərbaycan xalqına qarşı hörmətsizlik kimi  qiymətləndirilir”.

QHT-sədri bildirib ki, rəsmi Tbilisinin bu addımının qınanmasını Gürcüstanlı həmkarlarından və Gürcüstan parlamentində təmsil olunan Azərbaycanlı millət vəkillərindən də gözləyirlər: “Biz öz münasibətimizi gürcü həmkarlarımıza bildirmişik. İnanırıq ki, Gürcüstan parlamentində   təmsil olunan azərbaycanlı millət vəkillərimiz  bu məsələni qonşu ölkənin qanunvericilik orqanında gündəmə gətirib narazılıqlarını bildiriəcəklər”.