XƏBƏR LENTİ

25 Sentyabr 2020
24 Sentyabr 2020

Digər Xəbərlər

29 Aprel 2015 - 12:05

Quzey Kıprıs Türk Cümhuriyyətinin müstəqilliyi təhlükə altında?
 Quzey Kıprıs Türk Cümhuriyyətinin müstəqilliyi təhlükə altında? - Şərh

Aprelin 26 – da Quzey Kıprıs Türk Cümhuriyyətinin prezidenti seçilən Mustafa Akıncı səs-küylü bəyanatları ilə Türkiyə mediasının gündəmindədir. Solçu görüşlü yeni prezident ilk açıqlamasında Ankara ilə münasibətlərə yenidən baxılmasının, “ana vətən – yavru vətən” münasibətlərinin dəyişməsinin vacib olduğunu bildirib. Prezident Akıncı bildirib ki, Quzey Kıbrıs Türk Cümhuriyyəti öz ayaqları üzəridə dayana bilər və zaman keçdikcə ölkənin Türkiyədən asılılığının azaldılmasına ehtiyac var.

Mustafa Akıncıya seçiciləri təxminən 60 faizi səs verib. Sonuncu prezident Derviş Eroğlu ilə seçkinin ikinci turuna qalan Akıncı ondan 20 faiz çox səs toplaya bilib. Solçu düşüncəli bir şəxsin Kuzey Kıprıs Türk Cümhuriyyətinə prezident seçilməsinin ölkəyə nələr vəd etməsilə bağlı ikili proqnozlar var. Politoloqların bir qismi deyir ki, bu dönəm ölkənin Ankaradan asılılığını azalacaq, daha müstəqil siyasət yeridiləcək, bununla da illərdən bəri çözümü üçün Ankaradan cavab gözlənilən məsələlər çözüləcək. Digər kəsim isə düşünür ki, Mustafa Akıncının prezidentliyi dönəmində müstəqillik meylləri Ankara-Levkoşa münasibətlərini daha da kəskinləşdirəcək və ölkə həyatına müsbət dəyişikliklər gətirməyəcək.

Levkoşada yaşayan iş adamı, Qarabağ qazisi Naim Aydoğdu “Yeni Müsavat”a açıqlamasında bildirir ki, seçkiyə “Cavab Akıncı” şüarı ilə gedən yeni prezident Quzey Kıprıs Türk Cümhuriyyətində sosial demokratlar və kommunist qruplarla yanaşı Dərviş Eroğluya müxalif olan millətçi kəsimin də səslərini alıb: “Məhz milliyyətçilərin bir qisminin də səsini ala bildiyi üçün Akıncı ikinci tura qala bildi. İkinci turda o şüarını dəyişdirdi. Artıq daha geniş kütlələrin namizədi olduğu üçün “Dəyişim üçün hər kəsin cavabı” şüarını seçdi. Bununla da bütün tərəfdarlarına, onu dəstəkləyən siyasi güclərə, vətəndaş cəmiyyəti institutlarına ilk fürsətdə jest etdi”.
Naim Aydoğdu bildirir ki, azad və ədalətli keçirilməsinə heç bir şübhə olmayan seçkidə Mustafa Akıncının qələbə çalması vətəndaşların Derviş Əroğlu iqtidarından narazılığının göstəricisidir: “Derviş Eroğlu seçkidə “söhbət dövlətdən gedirsə, Eroğlu” şüarını seçmişdi. Güclü təbliğat kampaniyası apardı. Düşərgənin böyük ümidləri vardı. Ancaq nəticələr gözlənilən olmadı və seçki ikinci tura qaldı. İkinci turda isə prezidentliyi dönəmində Derviş Eroğlu ilə tərs düşən qüvvələr onun rəqibini dəstəkləməklə onun yenidən prezident seçilməsi yolunu bağladılar”.
Naim Aydoğdunun fikrincə, Quzey Kıprıs Türk Cümhuriyyətində seçkidən sonra bir yenilik havası əssə də, Ankaranın basqısı da özünü göstərir: “Prezident “biz Türkiyə ilə ana vətən-yavru vətən yox, qardaş ölkələrik” deyir. Bu fikrə vətəndaşların müəyyən hissəsinin simpatiyası var. Ancaq bəllidir ki, Ankaranın güclü dəstəyi olmasa, QKTC-nın varoluşu təhlükə altında düşə bilər. Prezident Mustafa Akıncının bu sözlərinə Ankaradan veriləcək cavab özünü çox gözlətmədi. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Akıncıya “sənin ağzından çıxanı qulağın eşidirmi”, sözləri ilə siyasi leksikondan kənar sərt təpki verib. Prezident Ərdoğanın “qulaqburmasından” sonra Akıncının hərəkətlərində bir qədər yumşalma baş verib. Akıncı Anadolu Agentliyinə deyib ki, Quzey Kıprıs Türk Cümhuriyyəti indiyə qədər olduğu kimi, bundan sonra da yalnız Ankara ilə birlikdə hərəkət edəcək, sülh danışıqlarında Kıbrıs türk xalqının mənafelərinin qorunması üçün Türkiyə ilə birgə addımlayacaq”.
Naim Aydoğdu bildirir ki, şəxsi çəkişmələr, uzun illərdir davam edən gərginlik Kuzey Kıprıs Türk Cümhuriyyətinin qurucusu Rauf Dentkaşın yaratdığı Ulusal Birlik Partiyasını həddən artıq zəiflədib: “Kıprıs türklərinin haqq səsi olan partiya bu gün şəxsi intriqalar yuvasına çevrilib, ona görə də seçkidə xalqdan dəstək ala bilmir. Bu durumdan istifadə edən solçu qüvvələr milliyyətçilərə qarşı güclü qara piar apararaq seçki prosesini öz xeyirlərinə çevirə bildilər. Beləliklə də Kıprısın türk və yunan kəsimlərinin birləşdirilməsinə yönəlik Annan planını dəstəkləyən, bununla da ölkənin müstəqilliyini ciddi təhlükə altında qoyan solçu partiyalar, kommunist qruplar siyasətdə önə keçə bildilər. Onu da bildirib ki, Annan planı şərtlərdən bəzilərinə yunan kəsimin etiraz etdiyi üçün qəbul edilməyib. güman ki, bu məsələni yaxın zamanlarda yenidən gündəmə gətirmək cəhdləri olacaq”.
“Su uyuyar, düşmən yox” atalar sözünü Kıprısda yaşananlara misal çəkən Naim Aydoğdu deyir ki, bundan sonra siyasilərin boynuna ölkənin müstəqilliyinin qorunması ilə bağlı ciddi vəzifələr düşür.
(musavat.com)