XƏBƏR LENTİ

03 İyun 2020
02 İyun 2020

Digər Xəbərlər

23 Fevral 2016 - 18:09

“Bayram ərəfəsində əfv imzalanacaq” –Hüquq müdafiəçisi siyahının hazır olduğunu deyir

novella

 

“Əfv siyahımız artıq hazırdır”. 

 

Bunu İnsan hüquqları üzrə Birgə Qrupunun üzvü, hüquq müdafiəçisi Novella Cəfəroğlu deyib. 

 

Onun sözlərinə görə, bu dəfə Əfv komissiyasına 25 nəfərlik siyahı təqdim olunacaq:

“Yaxın günlərdə işçi qrupumuz yığılacaq. Yalnız ondan sonra siyahıya kimlərin salınıb, kimlərin salınmaması ilə bağlı qəti qərar veriləcək. Deyə bilmərəm ki, əfv gözləniləndir, amma ümid edirəm ki, bayram ərəfəsində əfv imzalanacaq”. 

 

N.Cəfəroğlu onu da əlavə edib ki, Əfv Komissiyasında onları “Konstitusiya” Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev təmsil edəcək. 

 

Qeyd edək ki, sonuncu dəfə əfv fərmanı 2015-ci ilin dekabr ayında, Yeni il bayramı ilə əlaqədar imzalanıb. Sərəncam ümumilikdə 210 nəfərə şamil edilib.

Aznews.az