XƏBƏR LENTİ

21 Sentyabr 2020
20 Sentyabr 2020
19 Sentyabr 2020

Digər Xəbərlər

27 Yanvar 2019 - 19:22

YAP-ın icraçı katibi:"Doğum gününü təmtəraqlı qeyd etməyi sevmirəm"

Yanvarın 27-də Azərbaycan Respublikası baş nazirinin müavini, Yeni Azərbaycan Partiyasının icraçı katibi Əli Əhmədovun 66 yaşı tamam olur.

Əli Əhmədov özəl günündə təəssüratlarını qısaca olaraq Modern.az-la bölüşüb.

Baş nazirin müavini doğum gününü təmtəraqlı qeyd etməyi sevmədiyini bildirərək, edilən təbriklərə görə hər kəsə təşəkkürlərini çatdırıb.

Ə.Əhmədov geniş danışmaq istəməyib.

Qeyd edək ki, Əli Əhmədov 1953-cü il yanvarın 27-də Qərbi Azərbaycanın Basarkeçər rayonunun Dərə kəndində anadan olub. Moskva Dövlət Tarix-Arxiv İnstitutunun tarix fakültəsini bitirib. 1 dərsliyin, 50-dən çox elmi əsərin və məqalənin müəllifidir.

1975-ci ildən Baş Arxivlər İdarəsinin baş elmi işçisi, Azərbaycan EA-nın Mərkəzi Elmi Baş Arxivinin müdiri olub. 1980-ci ildən Azərbaycan Dövlət Universitetində laborant, müəllim, baş müəllim, dosent, kafedra müdiri işləyib. 1997-ci ildən Azərbaycan Respublikası Prezidentinin İcra Aparatında şöbə müdirinin müavini vəzifəsində çalışmışdır. 1999–2000-ci illərdə Xətai Rayon İcra Hakimiyyətinin başçısı olub.

1999-cu ildə Yeni Azərbaycan Partiyasının I qurultayında İcra katibi seçilib. O, həmçinin ikinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub.

2005-ci il noyabrın 6-da 19 saylı Nərimanov birinci seçki dairəsindən deputat seçilmişdir. Milli Məclisin Elm və təhsil məsələləri daimi komissiyasının üzvüdür.

2005-ci ilin martın 26-da III qurultayda YAP Sədirinin müavini və İcra katibi seçilib.

Azərbaycan-Çin parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Azərbaycan-Belarus, Azərbaycan-İtaliya parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvüdür.

22 oktyabr 2013-cü ildən Azərbaycan Respublikası baş nazirinin müavinidir.

Evlidir, 2 övladı var.