XƏBƏR LENTİ

24 Oktyabr 2020
23 Oktyabr 2020

Digər Xəbərlər

28 Yanvar 2019 - 11:51

KXCP sədri Xalq Hərəkatının yaranma səbəbini açıqladı:“Xaricdən və daxildən dövlətçiliyə qarşı olanlara mövqe bildirilməlidir”

“Azərbaycan Xalq Hərəkatının yaradılmasına əsas səbəb Azərbaycan problemləridir. Azərbaycanın indiki halda əşhədü-ehtiyacı var ki, onun insanları bir arada olsun, bütün enerjilər məqsəd, hədəfə doğru toplansın. Həmçinin xaricdən və daxildən Azərbaycan dövlətçiliyinə qarşı olan münasibətə konkret mövqe bildirilməlidir. Bu mövqe də dövlətçilik mövqeyi, problemlərin həlli istiqamətində olmalıdır. Bu məsələ uzun müzakirələrdən keçib”.

Strateq.az bildirir ki, bu sözləri KXCP sədri Mirmahud Mirəlioğlu ötən həftə yaradılmış  Azərbaycan Xalq Hərəkatının məqsədlərini musavat.com-a şərh edərkən deyib. Onun sözlərinə görə, ötən əsrdə Sovet imperiyasına qarşı  milli azadlıq hərəkatında iştirak edən insanların əksəriyyəti bu gün bu qurumda təmsil olunmaqdadır: “Bu adamların bir-birinə münasibəti, axan sular, keçən tarix zahirən bunları bir araya gətirməyi mümkünsüz hesab edir. Amma indi Azərbaycandakı hazırki durum, vəziyyətlə bağlı, istək və arzuları gerçəkləşdirməklə əlaqədar bir arada olmağın vacibliyi var”.

KXCP sədri deyib ki, dünyada Azərbaycanın düşmənlərinin birliyi  formalaşıb. Odur ki, Azərbaycan vətəndaşlarının və dostlarının da birliyi mütləq olmalıdır: “Yəni bu düşmən birliyinə qarşı Azərbaycanın daxilində də bu birlik olmalıdır”. M. Mirəlioğlunun sözlərinə görə, mərhum Əbülfəz Elçibəy Qarabağ problemi naminə 1993-cü ilin iyul ayında mühüm qərar qəbul edib: “Həmin ilin iyulun sonlarında AXC-nin İcraiyyə Komitəsində qərar qəbul olundu ki, Qarabağ problem ilə bağlı iqtidar-müxalifət məsələsi olmayacaq. Burada vahid mövqe olmalıdır. Bizim həmin qərarımız dəyişməz qərardır. Biz bunu öz təşkilatımıza aid edirik”.

KXCP sədrinin fikrincə, sabah vətən müharibəsi başlasa, ümumi səfərbərlik elan olunsa, Ali Baş Komandanın kim olmasından asılı olmayaraq “Vətən dardadır”, “Vətəni azad etmək lazımdır” deyiləcək və burada daha dartışma olmayacaq.