XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

29 Yanvar 2019 - 10:47

Azərbaycan Xalq Hərəkatının idarə heyətinin ilk iclası qapalı keçirilib –FOTO  

Bu gün Gələcək Azərbaycan Partiyasının qərargahında “Azərbaycan Xalq Hərəkatı” idarə heyətinin ilk iclası keçirilib.

Strateq.az AnTV.az-a istinadən  xəbər verir ki, ictimaiyyətə qapalı keçirilən iclasda hərəkatın idarə heyətinin bütün üzvləri iştirak ediblər. İclası giriş sözüylə açan hərəkatın təsisçisi, sabiq daxili işlər naziri  İsgəndər Həmidov yanvar ayının 26-da keçirilən təsis qurultayının gözlənildiyi kimi uğurla keçdiyini qeyd edib. İdarə heyətinin digər üzvləri də qurultayı müsbət qiymətləndiriblər. Qarşıda görüləcək fəaliyyət planı, hədəflər müzakirə olunub.

İclasda gündəlik məsələlər müzakirə olunub və bu qərarların icra olunması üçün İH üzvlərinə müvafiq tapşırıqlar verilib. 3 saata yaxın davam edən iclasda qarşıya qoyulan hədəflər, tapşırıqlar yekdilliklə qəbul olunduqdan sonra İsgəndər Həmidov iclası bağlı elan edib.