XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

30 January 2019 - 15:28

Rusiya XİN rəhbərinin müavinindən Qarabağla bağlı açıqlama:“Realist olmaq lazımdır, müharibə tam istisna olunur”

 ““Bu il Qarabağ probleminin həllini gözləmək olarmı?” sualı çox çətin sualdır. Hamı istəyir ki, problemin həlli tez tapılsın”.

Strateq.az bildirir ki, bu sözləri Yerevanda olan Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasin deyib: “Realist olmaq lazımdır. Danışıqlarda sağlam  düşüncəyə güvənmək lazımdır. Bu ilk növbədə beynəlxalq ictimaiyyətin köməyi ilə danışıqları aparan Ermənistan və Azərbaycan rəhbərlərinə aid olunur”.

O deyib ki, Rusiya, ABŞ və Fransanın timsalında Avropa İttifaqı münaqişənin güc müstəvisində həllini qəti olaraq istisna edir: “Beynəlxalq ictimaiyyət arasında Qarabağ münaqişəsini güc yox, dinc yolla həll etmək barədə konsensus var”.

Karasinin sözlərinə görə, Ermənistan və Azərbaycan rəhbərlərinin  görüşləri sayəsində son aylarda vəziyyət nisbi sakitlikdə keçir. “Qarşıda yeni görüşlər durur. Bu görüşlər XİN rəhbərləri və iki ölkənin liderləri səviyyəsində keçiriləcək. Real nəticələr əldə etmək və irəliləmək üçün bu görüşlər yaxşı hazırlanmalıdır.  Hazırda Dağlıq Qarabağ ətrafında vəziyyətin anlaşıqlı və sakit olması son dərəcə mühümdür”.