XƏBƏR LENTİ

27 Noyabr 2020
26 Noyabr 2020

Digər Xəbərlər

31 Yanvar 2019 - 14:53

Almaniyalı deputat:“Azərbaycan Avropanın həlledici tərəfdaşı olacaq”

Almaniya parlamentinin deputatı, Azad Demokratlar Partiyasının (FDP) rəsmi sözçüsü Marsel Luthen “Report”un Berlin bürosuna qısa açıqlama verib.

Strateq.az həmin müsahibəni oxucularına təqdim edir:

– Azərbaycan Avropa İttifaqı ilə son vaxtlar iki tərəfli layihələrdə əməkdaşlığı daha da genişləndirir. Bunun perspektivi barədə nələr deyə bilərsiniz?

– Azərbaycan ən müasir dövlətlərdən biri kimi son illərdə böyük iqtisadi irəliləyiş nümayiş etdirib. İqtisadi yüksəliş və hüquqi əsasların hormoniyası fonunda Avropa Birliyi ilə qurulan əlaqələr hər iki tərəf üçün maraqlı və faydalıdır. Bu, Azərbaycanı yaxın Şərqdə Avropa Birliyinin daha da vacib ticari partnyoruna çevirə bilər. Hesab edirəm Avropa ölkələri, xüsusilə də Almaniya hökuməti bunun ciddi fərqindədir.

– Azərbaycan və Almaniya əlaqələrinin hazırki durumunu və perspektivini necə qiymətləndirirsiniz? Ümumiyyətlə, Azərbaycanın istər enerji, istərsə də digər sahələrdə Avropa ilə münasibətləri barədə pozitiv nələr söyləmək olar?

– Təəssüf ki, Azərbaycan bir partnyor kimi alman ictimaiyyətində hələ də qədərincə tanınmayıb və mənim fikrimcə, yaxın zamanda bu da öz müsbət həllini tapacaq. İkitərəfli maraqlar bu yöndə öz rolunu oynayacaq. Azərbaycan yaxın zamanda təbii qazın güclü ixracatçısı kimi Almaniya və Avropda özünü daha da yaxından tanıdacaq. Xüsusilə, Cənub Qaz Dəhlizi vasitəsilə infrastrukturun gücləndirilməsində Azərbaycanın böyük rol oynayacağını düşünürəm. Bizim fikrimizcə, yaxın gələcəkdə Azərbaycan istər enerji, istərsə də digər layihələr üzrə Avropanın olduqca iri anlamda əvəzedilməz və həlledici tərəfdaşı olacaq.