XƏBƏR LENTİ

01 Dekabr 2020
30 Noyabr 2020

Digər Xəbərlər

01 Fevral 2019 - 17:47

Oqtay Əsədov deputatlara xəbərdarlıq etdi:"Heç kimi zorla millət vəkili etməyiblər”

Milli Məclisin sədri Oqtay Əsədov parlamentin bu gün keçirilən plenar iclasında deputatlara xəbərdarlıq edib.

Modern.az-ın məlumatına görə, buna səbəb bəzi deputatların iclasda iştirak etməməsi olub. Spiker hər kəsə işində diqqətli olmağı tapşırıb:

“Bəzi deputatlar günün birinci yarısı gəlir, ikinci yarısı iclasda olmurlar. Heç kim kimdənsə artıq deyil. Heç kimi zornla millət vəkili etməyiblər. Bu, bizim birinci iş yerimizdir. Milli Məclisin ayda 3-4 dəfə iclası olur. Hamı vaxtı-vaxtında iclasda iştirak etsin. Üzürlü səbəb hamıda ola bilər. Olur ki, Milli Məclisin birinci yarısında iştirak edib, ikinci yarısında olmurlar. Bunu nə qədər demək olar? Belə işləmək saymamazlıq olur”-, deyə O.Əsədov vurğulayıb.

O.Əsədov deputatların telefonlarına zəng gəlməsinə də irad bildirib. “Ay millət vəkilləri, girmisiniz Milli Məclisə. Hər dəfə sizə xəbərdarlıq edirik. Bu telefonlarınızı səssizə qoyun da!”