XƏBƏR LENTİ

28 Noyabr 2020
27 Noyabr 2020

Digər Xəbərlər

01 Fevral 2019 - 18:47

Paşinyan Berlində Qarabağla bağlı açıqlama verdi:“Yalnız Ermənistanın adından danışıqlar apara bilərəm”

Almaniyanın federal kansleri Angela Merkellə birgə mətbuat konfransında Ermənistanın baş naziri Nikol Paşinyan özünün əvvəllər verdiyi bəyanatı xatırladıb ki, münaqişənin istənilən həll variantı Ermənistan, Dağlıq Qarabağ və Azərbaycan xalqları üçün məqbul olmalıdır.

Virtualaz.org “aysor.am” saytına istinadən xəbər verir ki, N.Paşinyan bununla əlaqədar deyib: “Ümid edirdim ki, münaqişənin həllinin Qarabağ və Ermənistan xalqları üçün məqbul olmasının zəruriliyi barədə Azərbaycan tərəfi də bəyanat verəcək. Təəssüf ki, belə bir şey eşitmədik. Bu bəyanatln tarixçəsi danışıqlar prosesindəki bütün vəziyyəti əks etdirir. Hələ ki, Azərbaycandan belə bəyanatlar yoxdur, biz, təəssüf ki, irəli gedəcəyimizlə bağlı böyük ümidlər bəsləyə bilmərik”.

Onun sözlərinə görə, Ermənistan Qarabağ münaqişəsinin sırf sülh yolu ilə həlli prinsipinə sadiqdir.

“Lakin qeyd etmək istəyirəm ki, Ermənistanın baş naziri kimi mən yalnız Ermənistanın adından danışıqlar apara bilərəm, Dağlıq Qarabağın adından yox”, – N.Paşinyan bildirib.