XƏBƏR LENTİ

20 Oktyabr 2020
19 Oktyabr 2020

Digər Xəbərlər

02 Fevral 2019 - 14:35

Erməni politoloq:"İrəvan ondan nə tələb olunduğunu dərk etdiyinə görə vaxtı uzatmağa çalışır"
“Azərbaycanla Ermənistan arasında danışıqlar olmadığını bəyan etməklə erməni tərəfi manevr etməyə çalışır”.

Bu barədə erməni politoloq Viqen Hakobyan mətbuata müsahibəsində bildirib.

O, Davosda rəhbərlərin rəsmi və ya qeyri-rəsmi olmasından asılı olmayaraq qəflətən 1.5 saat görüşməsinə inanmadığını deyib.

“Azərbaycan deyir ki, danışıqlar gedir. Ermənistan bunu bütün səviyyələrdə inkar edərək, ümumiyyətlə danışıqlar getmədiyini bildirir”, – deyə o, qeyd edib.

Hakopyanın fikrincə, Ermənistan tərəfi bu görüşləri danışıqlar adlandırmaqdan yayınmaqla, ondan nə tələb olunduğunu dərk etdiyinə görə vaxt uzatmağa çalışır.

ABŞ tərəfi, bu görüşlərə danışıqlar statusu verilməməsinə dair erməni tərəfinin istəyinə uyğun olaraq, görüş barədə yalnız mətbuat açıqlaması verir.

“Bax burada ziddiyyət yaranır. Bolton öz “Twitter” səhifəsində Nikol Paşinyanla telefon danışığı barədə yazır, lakin Qarabağ probleminin müzakirə edilməsi qeyd edilmir, Azərbaycan prezidenti ilə telefon danışığında isə bu, faktiki olaraq qeyd olunur”.

Politoloq hesab edir ki, güc mərkəzi olan ölkələr Dağlıq Qarabağ münaqişəsinin həll edilməsi məsələsində tələsirlər.

“Bəzi vasitəçilər, eyni zamanda bəzi beynəlxalq mərkəzlərində təzyiqi olduğu halda Ermənistanın yeni hakimiyyətinin qeyri-polpulyar qərarlara, həll yollarına əl ata biləcəyi barədə Azərbaycan tərəfinə ümidlər veriblər. Qeyri-populyar həll yolu isə müəyyən ərazilərin qaytarılması ola bilər”, – deyə o vurğulayıb.

Erməni politoloq, həmçinin Minsk Qrupunun yaydığı bəyanatda xalqların sülhə hzırlanması barədə məqamını da narahatedici hesab edir: “Hansı konsepsiya ətrafında xalqları sülhə hazırlanılması? Dərinlikdə hansısa prosesin getdiyini ehtimal etmək olar.
 Heç olmasa şifahi də olsa, hər hansı razılaşma konsepsiyası olmalıdır. Yəni sülhə hazırlaşmaq barədə sənəd varsa sülhə hazırlıq gedir, bütün detallar razılaşdırılmayıbsa, deməli heç nə razılaşdırılmayıb”.

O, həmçinin Ermənistan XİN rəhbəri Zöhrab Mnatsakanyanın “sülhün alternativi katastrofikdir” deyə bəyanatını da qəribə adlandırıb.

“Bununla xalqı sülhə hazırlaşdırmırlar, əksinə, birbaşa qorxudurlar. Nəhayət, 1994-cü ildən etibarən nə müharibə, nə sülh şəraiti kotastrofik deyil”, – deyə o əlavə edib.  (Ordu.az)