XƏBƏR LENTİ

02 Dekabr 2020
01 Dekabr 2020

Digər Xəbərlər

05 Fevral 2019 - 18:11

Gürcü parlamentində erməniyə qoyulan heykəlin götürülməsi tələb olundu –Spiker açıqlama verdi - VİDEO

Gürcüstan parlamentində azərbaycanlı deputat Azər Süleymanov Axalkalakidə  Qarabağ müharibəsində iştirak etmiş erməni  Mixail Avaqyana ucaldılmış heykəlin götürülməsini tələb edib.

Strateq.az 24News.ge-yə istinadən  xəbər verir ki, 2019-cu ilin yaz sessiyasının ilk iclasında çıxış edən Vahid Milli Hərəkat partiyasının deputatı Azər Süleymanov  dünya azərbaycanlılarının hüzn günü olan 20 yanvarda separatçıya Gürcüstan torpağında büst qoyulmasını pisləyib və hökuməti bununla bağlı ciddi addım atmağa çağırıb: “Nəyə görə əli yalın azərbaycanlılara qarşı vuruşan, Xocalıda dinc insanları qətlə yetirən və Azərbaycan xalqının düşməni olan Mixail Avaqyana Gürcüstan torpağında büst qoyulub. Ən pisi də budur ki açılışda Gürcüstan dövlətinin deputatları, bələdiyyə sədri, meri və Ermənistanın ölkəmizdəki səfiri iştirak ediblər. Bu xalq arasında böyük bir narahatçılıq və ajiotaj yaradıb. Cənab Kobaxidze,  mən sizdən cavab istəyirəm. Sizin deputatlarınız orada iştirak edib və istəyirəm ki, siz buna qiymət verəsiniz”.

Deputat həmçinin çıxışı zamanı sözü gedən büstün sökülməsi tələbi ilə də çıxış edib: “Cənab Kobaxidze, bizim xahişimiz odur ki, Gürcüstanın imicinə yaraşmayan büst oradan götürülsün və bu kimi hallar Gürcüstanda bir daha təkrarlanmasın”.

Parlamentin sədri İrakli Kobaxidze isə çıxışında bildirib ki, belə halların Azərbaycanla Gürcüstan arasında münasibətlərə, dostluğa zərər gətirməsini istəmirlər: “Düşünürəm ki, biz bu məsələ ilə bağlı iki ölkə arasında müzakirələr aparacağıq və imkan verməyəcəyik ki, mövcud olan möhgəm əlaqələrimizə mənfi təsirlər etsin”.